Uitkoff Ukrayna üzrə danışıqların ilkin nəticəsini açıqladı

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna üzrə
danışıqlar məhsuldar keçirilir, ancaq hələ də görüləsi çox iş
var.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi
Stiven Uitkoff “X” səhifəsində yazıb.




Onun sözlərinə görə, təfsilatlı və məhsuldar sülh danışıqları
sayəsində tərəflər hərbi əsirlərin mübadiləsi üzrə razılığa gələ
biliblər.

“Amma qarşıda hələ görüləsi çox iş var, belə addımlar onu
göstərir ki, fasilasiz diplomatik qarşılıqlı fəaliyyət nəzərəçarpan
nəticələr gətirir və Ukraynada müharibənin sona çatdırılmasına
yönəlmiş ölçüləri möhkəmləndirir”,- deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir