Rusiyadan Qazaxıstana qaz kəmərinin istifadəyə veriləcəyi ilkin tarix açıqlanıb

Baş səhifə

Qazaxıstanın şimal regionlarının qazla təmin edilməsi məqsədilə inşa olunan İşim-Astana magistral qaz kəmərinin 2030-cu il 1 yanvar tarixində istismara verilməsi planlaşdırılır.

APA-Economics”in Rusiyanın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Moskvadakı səfiri Dauren Abayev bildirib.

“Ölkəmizin şimal regionlarının qaz təchizatı baxımından “Qazprom” ilə İşim-Astana magistral qaz kəməri layihəsinin icrasına dair memorandumun imzalanması mühüm əhəmiyyət kəsb edir. İlkin olaraq müəyyən edilmiş müddətlərə əsasən, qaz kəməri 2030-cu il yanvarın 1-də fəaliyyətə başlamalıdır”, – diplomat qeyd edib.

Səfir iki ölkə arasında qaz tranziti məsələləri üzrə əməkdaşlığın dərinləşdiyinə də diqqət çəkib:

“Qazaxıstan ərazisi vasitəsilə Rusiyadan Özbəkistana qaz tranzitinin həcmləri planlı şəkildə artır. Bu layihə regional sabitliyin və Mərkəzi Asiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir