
Bakı. Trend:
Füzuli rayonunun Horadiz kənd yaşayış məntəqəsinin
layihələndirilməsinə başlanılır.
Trend dövlət
satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki,
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə
Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə
İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Horadiz kənd yaşayış məntəqəsinin
layihələndirilməsi 1,969 milyon manata başa gələcək.
Xəbər yenilənəcək

