Üçtərəfli danışıqlar fonunda Ukrayna ilə Rusiya arasında kütləvi əsir mübadiləsi olub

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ukrayna
münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli (Ukrayna, Rusiya,
ABŞ) danışıqlar fonunda Rusiya ilə Ukrayna orduları arasında
növbəti əsir mübadiləsi baş tutub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, fevralın 5-də Kiyevin nəzarətində olan ərazidən
157 rusiyalı hərbçi Rusiyaya təhvil verilib. Əvəzində Ukrayna
Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri qarşı tərəfə təhvil
verilib.




“Hazırda rusiyalı hərbçilər Belarus Respublikasının
ərazisindədirlər və onlara zəruri psixoloji və tibbi yardım
göstərilir”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidentinin Xüsusi Elçisi
Stiv Uitkoff BƏƏ-dəki danışıqlarda Rusiya və Ukraynanın 314 əsirin
dəyişdirilməsi barədə razılığa gəldiklərini elan etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir