Malayziya elektron tullantıların idxalını qadağan edib

Baş səhifə

Bakı. Trend:

Malayziya hökuməti istənilən növ elektron tullantıların
(e-waste) idxalının dərhal qadağan edilməsi barədə qərar
çıxarıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölkə rəhbərliyi Malayziyanın dünya
tullantılarının anbarına çevrilməsinə imkan verməyəcəklərini bəyan
edib. Elektron tullantılarda qurğuşun, civə və kadmiyum ola bilir
və düzgün emal edilmədikdə torpaq və suyun çirklənməsinə səbəb
olur.




Malayziyanın Korrupsiyaya Qarşı Komissiyası (MACC)
e-tullantıları “tam qadağa” kateqoriyasına keçirib və Ekologiya
Departamentinə istisna hallar müəyyənləşdirmək səlahiyyətini
tanımayıb.

Qadağa elektron tullantıların idarə olunmasında korrupsiya ilə
bağlı aparılan araşdırmalar fonunda tətbiq olunub; yüksək vəzifəli
şəxslər həbs edilib, aktivlər dondurulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir