10-a yaxın heyvan bazarı açıldı –

Baş səhifə

Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrın 25-dən etibarən Azərbaycanda fəaliyyət göstərən heyvan bazarları heyvanlar arasında yayılmış dabaq xəstəliyi səbəbilə müvəqqəti bağlanıb. Lakin bu ilin yanvar ayından etibarən bəzi heyvan bazarları açılıb. Bəs artıq hansı ərazilərdəki bazarlar açılıb?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq ölkə üzrə 10-a yaxın bazarın fəaliyyəti bərpa olunub. Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarlarında iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilir:

“Baytarlıq-sanitariya tələblərinə əməl olunması əsas prioritet kimi müəyyən edilib. Bazarların yenidən fəaliyyətə başlaması ilə əlaqədar ərazilərdə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. Belə ki, bazar ərazilərində dezbaryerlər quraşdırılıb, baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib. Eyni zamanda baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb, yem anbarları tikilib, iri və xırdabuynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib”.

“Bioloji təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə Agentliyinin metodik dəstəyi ilə müvafiq infrastrukturun yaradılması üçün AQTA-nın təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri aparılsa da, təəssüflər olsun ki, bəzi heyvan bazarında hələ də təmir və rekonstruksiya işləri görülməyib. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər”, – deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir