
Bakı. Trend:
“Qalatasaray” Can Armando Güneri 350 min avro qarşılığında
heyətinə qatdığını açıqlayıb.
Trend klubun
mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-qırmızı”lı klub
daha bir transferdə xoş sona çatıb. “Qalatasaray” Can Armando
Günerin keçidi ilə bağlı Münhenqladbax “Borussiya”sı ilə razılıq
əldə edib.
Can Armando Güner bu mövsüm “Borussiya Mönhenqladbax”ın U-19
komandasında 14 matçda iştirak edib. 18 yaşlı futbolçu bu oyunlarda
4 qol vurub və 3 məhsuldar ötürmə edib.

