
Bakı. Trend:
Qırğızıstanda 2025-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində
900 nəfər həlak olub, 12 mindən çox insan xəsarət alıb.
Trend
Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir
ki, bu barədə ölkənin Baş Prokurorluğunun hüquqi statistika üzrə
müvafiq qurumu məlumat yayıb. Bildirilib ki, Qırğızıstanda 2025-ci
ildə yol-nəqliyyat hadisələrinin sayı 19,1 faiz artaraq 8 min
456-ya çatıb. Qəzaların ən çox qeydə alındığı ərazilər Bişkek
şəhəri, Oş, Cəlalabad və Çuy vilayətləridir.
Qeyd olunub ki, azyaşlıların iştirakı ilə baş verən yol
qəzalarının, eləcə də sərxoş sürücülərin törətdiyi hadisələrin
sayında artım müşahidə olunur. Nəzarət orqanları profilaktik
tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

