Pezeşkian Şamxanini yüksək vəzifəyə təyin etdi

Baş səhifə

İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbər Əli Xameneinin siyasi müşaviri kontr-admiral Əli Şamxanini yeni vəzifəyə təyin edib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Müvafiq sərəncama əsasən, Şamxani İslam Respublikası Müdafiə Şurasının katibi vəzifəsini icra etməyə başlayıb.

Təyinat davam edən regional və beynəlxalq təhlükəsizlik problemləri fonunda baş verib. Şamxani İranın hərbi-siyasi rəhbərliyində əsas fiqur hesab olunur. O, uzun illər Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.

Müdafiə Şurasının əsas vəzifələrinə ölkənin müdafiə qabiliyyətini gücləndirmək, yeni təhdidlərə qarşı mübarizə aparmaq, müdafiə qərarlarının qəbul edilməsini əlaqələndirmək və təkmilləşdirmək daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir