
Bakı.Trend:
Sabunçuda bıçaqlanma hadisəsi baş verib.
Trend-in
məlumatına görə, hadisə 05.02.2026-cı il tarixdə saat 14:00
radələrində baş verib.
Belə ki, İsmayılov Elvin Səməd oğlu Sabunçu rayonu Sabunçu
qəsəbəsində aralarında yaranmış mübahisə zamanı tanışı Ağamirzəyev
Elnur Eyyub oğlunu bıçaqlayıb.
Hadisə nəticəsində E. Ağamirzəyev ağır bədən xəsarətləri
alıb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası
CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət
əməlini törətmiş Elvin İsmayılovun saxlanılması istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.

