KİV: Vensin səfərinə hazırlıq üçün nümayəndə heyəti Ermənistana gedib

Baş səhifə

ABŞ vitse-prezidenti Devid Vensin səfərinə hazırlıq üçün nümayəndə heyəti Ermənistana gedib.

APA xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, İrəvanın “Armenia Marriott” hotelinin bir mərtəbəsini tutan amerikalılar burada 2 həftə qalacaqlar.

ABŞ vitse-prezidenti Devid Vensin İtaliyada keçiriliən Qış Olimpiya Oyunlarından sonra Ermənistan və Azərbaycana səfər edəcəyi bildirilib.

Bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşan ABŞ Prezidenti Donald Tramp Vensin səfər zamanı sülh təşəbbüslərini möhkəmləndirəcəyini və “Tramp marşrutu”nu irəlilədəcəyini qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir