
Bakı. Trend:
“Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin
standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi
Qaydaları” təsdiq edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, beynəlxalq standartların Azərbaycan
Respublikasının ərazisində birbaşa tətbiqi ölkəmizin milli
iqtisadiyyatının maraqları nəzərə alınmaqla onun milli
standartlaşdırma qurumunun qərarı ilə dövlət standartı kimi qəbul
edilməsi əsasında həyata keçiriləcək.

