Bakıda şagird dərsdə qadın müəllimi güllələyib – YENİLƏNİB

Baş səhifə

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

10.41

Bakıda şagird müəllimi güllələyib.

APA xəbər verir ki, insident Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “İdrak” Liseyində baş verib.

Yuxarı sinif şagirdinin liseyin 28 yaşlı qadın riyaziyyat müəllimini dərsdə güllələdiyi bildirilir.

Araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri “unikal.az” yayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir