Rusiya Müdafiə Nazirliyinin generalı güllələndi

Baş səhifə

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada Rusiya Müdafiə Nazirliyinin generalı
güllələnib.

Trend Rusiya KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin
mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, general-leytenant Vladimir Alekseyev ona qarşı
törədilmiş sui-qəsd cəhdindən sonra xəstəxanaya yerləşdirilib. Onun
vəziyyəti barədə məlumat verilmir.




Hadisə fevralın 6-da Moskvada yaşayış binalarından birində baş
verib. İstintaq Komitəsinin məlumatına görə, naməlum şəxs general
Alekseyevə atəş açıb və hadisə yerindən qaçıb.

Hazırda hüquq mühafizə orqanları əməkdaşları şübhəli şəxsin
axtarışını aparırlar. Baş vermiş hadisə ilə bağlı Rusiya Müdafiə
Nazirliyinin yüksək vəzifəli əməkdaşının həyatına sui-qəsd maddəsi
üzrə cinayət işi başlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir