“İdrak” liseyinin illik təhsil haqqı bu qədər imiş –

Baş səhifə

Binəqədidəki silahlı insidentdən sonra “İdrak” liseyinin “dodaq uçuaqladan” təhsil haqqı yada düşüb.

Metbuat.az xəbər verir ki, hazırda liseydə illik təhsil haqqı 10 000–16 500 manat arasında dəyişir.

Məlumat üçün bildirək ki, fevralın 6-da məktəbdə şagirdin odlu silahdan atəş açması nəticəsində müəllim xəsarət alıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Hadisədə şübhəli bilinən şagird saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçirir, başvermə şəraiti və səbəblər araşdırılır. Xəsarət alan müəllimə vaxtında tibbi yardım göstərilib, müalicəsi tibb müəssisəsində davam edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir