“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı

Baş səhifə

Bakı. Trend:

Əməkdaşlıq çərçivəsində “Kaspi Kids” uşaq bağçalarında təhsil
alan uşaqlar 1 illik fərdi həyat sığortası ilə təmin edilir.

Hazırda “Kaspi Kids” və “PAŞA Həyat” əməkdaşlığı çərçivəsində
300-ə yaxın uşaq sığortalanıb.




2025-2026-cı tədris ilindən etibarən “Kaspi Kids” uşaq
bağçalarında təhsil alan uşaqlar 1 illik fərdi həyat sığortası ilə
təmin olunur. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə kritik
xəstəlik (iflic, miokard infarktı, böyrək çatışmazlığı və s.)
diaqnozu qoyularsa, valideyn və ya faydalanan şəxsə “PAŞA Həyat”
tərəfindən 15 000 AZN ödəniş ediləcək.

“PAŞA Həyat” və “Kaspi Kids” valideyn və uşaqların
yanındadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir