“İdrak” liseyində güllələnən müəllim kimdir?

Baş səhifə

“İdrak” liseyində xəsarət alan müəllimə Bakı Dövlət Universitetinin fərqlənmə ilə bitirib.

Metbuat.az-ın məlumatına görə, Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş vermiş silahlı insident zamanı xəsarət alan müəllimə ilə bağlı yeni detallar məlum olub.

Məlumata görə, xəsarət alan müəllimə Şəhla Kamilova Fəqanı 2014-cü ildə Bakı Dövlət Universitetini bitirib. O, ali təhsilini kompüter elmləri ixtisası üzrə alıb və universiteti fərqlənmə diplomu ilə başa vurub.

Qeyd edək ki, fevralın 6-da “İdrak” liseyində şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllimə xəsarət alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb, insidenti törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Xəsarət alan müəlliməyə dərhal tibbi yardım göstərilib, o xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir