Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında təmsil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Küveytdə Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyası
keçirilib. Tədbirdə ölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
təmsil olunub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Baş Assambleya çərçivəsində süni intellektə dair
dəyirmi masa müzakirələrində çıxış edən nazir müavini Samir
Məmmədov ölkəmizdə süni intellekt sahəsində həyata keçirilən tədbir
və layihələrdən danışıb. O, Prezident İlham Əliyevin təsdiqlədiyi
“Azərbaycanın Süni İntellekt Strategiyası 2025 – 2028”, Rəqəmsal
İnkişaf Strategiyası, Süni İntellekt Akademiyası, eləcə də
Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital
Bridge və s.) barədə ətraflı məlumat verib.




Tədbir çərçivəsində nazir müavini Samir Məmmədov Rəqəmsal
Əməkdaşlıq Təşkilatının Baş katibi Deemah Al Yahya ilə görüş
keçirib, Azərbaycanın rəqəmsal siyasəti və ölkəmizdə rəqəmsal
inkişaf istiqamətində həyata keçirilən tədbirləri diqqətə
çatdırıb.

Nazir müavini Samir Məmmədovun Mərakeş, Pakistan, Keniya,
Nigeriya və Omanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə
ikitərəfli görüşləri olub. Əməkdaşlığın prioritet istiqamətləri və
perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin “BMC Helix” və “500 Global” şirkətlərinin nümayəndələri
ilə görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir