
Bakı. Trend:
Nepalın qərbində toy karvanına məxsus avtobusun dərəyə aşması
nəticəsində azı 13 nəfər, o cümlədən uşaqlar həlak olub, təxminən
40 nəfər isə xəsarət alıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, səkkiz sərnişin hadisə yerində ölüb. Fövqəladə
xidmətlər 45 nəfəri xilas edərək xəstəxanalara çatdırıblar. Tibb
müəssisəsinə yerləşdirilən daha beş zərərçəkən ölüb.
Qəzanın səbəbləri araşdırılır.

