ABŞ-də helikopter qəzaya uğradı

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Flaqstaff
şəhərində helikopter qəzaya uğrayıb.

Trend bu barədə
Amerika KİV-ə istinadən xəbər verir.

İnsident nəticəsində helikopterin pilotu və bir polis əməkdaşı
həlak olub.




Məlumata görə, helikopter çağırış üzrə hadisə yerinə gəlmiş
polis əməkdaşlarına havadan taktiki dəstək göstərirdi.

Polislər zərərçəkmişi dindirən zaman şübhəli şəxs evin damından
atəş açıb. Təxminən iki saat davam edən atışma zamanı hücumçu
yaralanıb və sonradan saxlanılıb.

Hüquq-mühafizə orqanları şübhəli şəxsin helikopterə də atəş açma
versiyasını da istisna etmirlər. Lakin bu məlumat hələlik
təsdiqlənməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir