Elçin Quliyev generala yüksək vəzifə verdi –

Baş səhifə

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəz Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir