Azərbaycan Beynəlxalq Valyuta Fondu ilə ölkədə makroiqtisadi vəziyyəti müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (BVF) ölkədə
makroiqtisadi vəziyyəti müzakirə ediblər.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq
Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon
və ölkəmizin də daxil olduğu Seçki Qrupu üzrə icraçı direktoru
Patrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.




Görüş zamanı Azərbaycanda makroiqtisadi vəziyyət, inflyasiyaya
təsir edən başlıca amillər, eləcə də pul siyasətinin ötürücülüyünün
gücləndirilməsi və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi
məsələləri müzakirə olunub.

Görüşdə tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti və onun
genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir