Azərbaycanda şəhərsalma və tikinti qanunvericiliyi təhlil ediləcək

Baş səhifə

Bakı. Trend:

Şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması
məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə
alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi təhlil
ediləcək.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam
imzalayıb.




Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi
və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə
razılaşdırmaqla şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin
azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları
nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyini təhlil
edib, beynəlxalq təcrübəni araşdırıb normativ hüquqi aktların
təkmilləşdirilməsi barədə təkliflərini 4 ay müddətində Nazirlər
Kabinetinə təqdim etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir