Tovuzda yanğın olan evdə 84 yaşlı kişinin meyiti tapılıb – FOTO – YENİLƏNİB

Baş səhifə

Tovuzda yanğın olan evdə meyiti tapılan 84 yaşlı kişi sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1942-ci il təvəllüdlü C.Kazımovun dəm qazından zəhərləndiyi, daha sonra huşsuz halda yanan sobanın üzərinə yıxılaraq yanıq xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

17.06

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir