
İran və ABŞ arasında danışıqlar müsbət atmosferdə keçib.
APA xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-la nüvə danışıqlarından sonra yerli mediasına açıqlamasında deyib.
O, danışıqları yaxşı bir başlanğıc kimi dəyərləndirib.
Nazirin sözlərinə görə, hər iki tərəf öz fikirlərini müsbət şəraitdə mübadilə edə bildirib.
“Yaxşı başlanğıc idi. Bu, yaxşı davam da edə bilər. Müzakirələrin davam etdirilməsi barədə razılığa gəldik. Amma zaman və məkan tərəflərin paytaxtında müəyyən olunacaq”, – Əraqçi qeyd edib.

