Almaniya kansleri: Aİ Ukraynadakı müharibənin dayandırılması üçün Rusiya ilə danışıqlara hazırdır

Baş səhifə

Avropa İttifaqı Ukraynadakı müharibəni dayandırmaq məqsədilə Rusiya ilə danışıqlara hər zaman hazırdır, lakin paralel kommunikasiya kanalları açmayacaq.

APA “Reutrers”ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bu gün jurnalistlərə bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Moskva ilə təmaslar Ukrayna ilə Rusiya arasında gedən əsas danışıqlar prosesinə zidd olmamalıdır.

“Əgər bu danışıqların daha da yaxşı, daha uğurlu olmasına töhfə verə biləriksə, bunu edəcəyik. Amma heç bir paralel kommunikasiya kanalı açmayacağıq”, – o vurğulayıb

.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir