
Bakı. Trend:
Xəbər verildiyi kimi, Vüsal Zakir oğlu Nəsirli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
təyin edilib.
Trend Vüsal
Nəsirlinin dosyesini təqdim edir:
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə
fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr
və magistr pillələrini bitirib. 2001–2009-cu illərdə özəl sektorda
müxtəlif rəhbər vəzifələrdə, 2009–2013-cü illərdə İqtisadi İnkişaf
Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi
layihəsinin direktor müavini, 2013–2018-ci illərdə İqtisadiyyat
Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir
müavini vəzifələrində işləyib. Əmək və əhalinin sosial müdafiəsi
nazirinin müşaviri vəzifəsində çalışıb. Yeni Azərbaycan
Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini olub.

