8-ci sinif şagirdi məktəbdə yıxılaraq kəllə-beyin travması aldı – Rəsmi

Baş səhifə

Bakı. Trend:

Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam
orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.

Hadisə ilə bağlı Trend-in
sorğusuna cavab olaraq 10 nömrəli tam orta ümumtəhsil məktəbindən
bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı
qeyd olunmur) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış
üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən
yıxılıb.

Qeyd edilir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi
yardım çağırılıb:

“Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə
müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu
bildirilir.




Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti
qurumlara da məlumat verilib.

Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və
müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl
olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb”.

Klinik Tibbi Mərkəzdən isə Trend-in sorğusuna cavab olaraq qeyd
edilib ki, bu gün saat 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs
(kişi cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya
olunub:

“Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri
tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Reanimasiya
şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir