BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqların bərpa olunmasını alqışladı

Baş səhifə

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Tehran və Vaşinqton arasında
davam edən dialoqu dəstəklədiyini bildirib.

Trend-in
məlumatına görə, bu barədə Baş katibin ofisinin rəsmi açıqlamasında
bildirilib.




“Baş katib İran İslam Respublikası ilə ABŞ arasında bu gün
yenidən başlayan danışıqları alqışlayır və ümid edir ki, bu
danışıqlar regional gərginliyin azaldılmasına və daha geniş
böhranın qarşısının alınmasına kömək edəcək”, – deyə
bildirilib.

Qeyd edilib ki, bütün narahatlıqlar sülh yolu ilə həll edilə
bilər və edilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir