​Həssas hadisələrdə dezinformasiyanın qarşısını almaq üçün informasiya cəmiyyəti nə etməlidir?

Baş səhifə

Müasir dövrdə informasiya cəmiyyəti xəbərlərin formalaşmasında və yayılmasında mühüm rol oynayır. Xüsusilə İdrak liseyində şagirdin müəllimi güllələməsi kimi cəmiyyət üçün həssas və narahatedici hadisələr zamanı yayılan məlumatların düzgünlüyü ictimai sabitlik baxımından böyük əhəmiyyət daşıyır. Bu cür hallarda dezinformasiyanın qarşısının alınması təkcə media qurumlarının deyil, bütövlükdə informasiya cəmiyyətinin məsuliyyətidir.

İnformasiya cəmiyyəti və məsuliyyət anlayışı

İnformasiya cəmiyyəti dedikdə yalnız peşəkar media deyil, eyni zamanda sosial şəbəkə istifadəçiləri, blogerlər, ictimai fəallar və rəqəmsal platformalarda məlumat yayan bütün şəxslər nəzərdə tutulur. Bu baxımdan hər bir fərd paylaşdığı informasiyanın cəmiyyətə təsirini dərk etməlidir.

Rəsmi mənbələrə istinadın vacibliyi

Həssas hadisələrlə bağlı məlumatlar yalnız rəsmi qurumların açıqlamalarına əsaslanmalıdır. Təsdiqlənməmiş xəbərlərin paylaşılması yanlış təsəvvürlərin yaranmasına, istintaq prosesinə təsirə və ictimai gərginliyə səbəb ola bilər. İnformasiya cəmiyyəti rəsmi mövqeyi gözləməyi və yalnız dəqiqləşdirilmiş məlumatları yaymağı vərdiş halına gətirməlidir.

Şayiə və fərziyyələrdən uzaq durmaq

Dezinformasiyanın əsas mənbələrindən biri şayiə xarakterli paylaşımlardır. Hadisə ilə bağlı şəxsi ehtimalların, emosional şərhlərin və sübuta yetirilməmiş iddiaların fakt kimi təqdim edilməsi düzgün deyil. İnformasiya cəmiyyəti faktla rəy arasındakı fərqi ayırd etməlidir.

Azyaşlıların hüquqlarının qorunması

Təhsil müəssisələrində baş verən hadisələrdə azyaşlıların iştirakı ehtimalı yüksəkdir. Bu səbəbdən onların adı, görüntüsü və şəxsi məlumatlarının yayılması həm etik, həm də hüquqi baxımdan yolverilməzdir. İnformasiya cəmiyyəti uşaqların hüquqlarının qorunmasını prioritet məsələ kimi qəbul etməlidir.

Nəzərə alsaq ki, sensasiyadan uzaq informasiya mühitində baxış və paylaşımların artırılması məqsədilə şok başlıqların seçilməsi, zorakılığın qabardılması və sarsıdıcı detalların ön plana çıxarılması dezinformasiyanı gücləndirir. Yaxşı olar ki, informasiya cəmiyyəti sensasiya yox, ictimai maarifləndirməyə daha çox üstünlük versin.

Media savadlılığının artırılmasının informasiya təhlükəsizliyində rolu

Dezinformasiyaya qarşı mübarizədə ən effektiv vasitələrdən biri media savadlılığıdır. İnsanlar xəbərin mənbəyini qiymətləndirməyi, manipulyativ mətnləri tanımağı və məlumatı tənqidi düşüncə ilə qəbul etməyi bacarmalıdır.

Nəticə etibarı ilə deyə bilərik ki, İdrak liseyində baş verən hadisə onu bir daha göstərdi ki, informasiya cəmiyyətində hər kəs eyni zamanda həm oxucu, həm də informasiya daşıyıcısıdır. Məsuliyyətli paylaşım, etik yanaşma və dəqiq mənbələrə istinad dezinformasiyanın qarşısını alır. Belə həssas mövzularda informasiya cəmiyyətinin düzgün mövqeyi cəmiyyətin təhlükəsizliyi və sağlam informasiya mühitinin qorunması üçün həlledici əhəmiyyətə malikdir.

Zamin Zeynal

Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyinin sədri

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir