​ABŞ İrandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

Baş səhifə

ABŞ İrandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Metbuat.az xəbər verir ki, ABŞ İrandakı təhlükəsizlik risklərini əsas gətirərək, belə çağırış edib. ABŞ-nin onlayn fəaliyyət göstərən Tehran üzrə səfirliyindən bildirilib ki, ABŞ vətəndaşlarından Vaşinqton administrasiyasının köməyinə ehtiyac olmadan İranı tərk etməyə çağırır. Ölkəni tərk edə bilməyən amerikalılara yaşayış yerlərində və ya təhlükəsiz binada sığınacaq müəyyən edərək qida, su, və əsas ehtiyaclar üçün ehtiyat toplamaları tövsiyə olunub.

Bəyanatda həmçinin bildirilir ki, İran hökuməti mobil, stasionar və milli internet şəbəkələrinə tətbiq etdiyi məhdudlaşdırmanı ləğv etməyib. Məlumata görə, İran aviaşirkətlərin İrana və İrandan uçuşları məhdudlaşdırıb və ya ləğv edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir