
Bakı. Trend:
ABŞ hakimiyyəti İranla əlaqəli sanksiya siyahısına 14 tanker
əlavə edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Bundan əlavə, məhdudiyyətlər Türkiyə, BƏƏ və Çin də daxil
olmaqla 15 şirkətə tətbiq edilib.
Sanksiyalar iki fiziki şəxsə də şamil olunub.
ABŞ Dövlət Departamenti qeyd edib ki, sanksiyalar “İran nefti və
neft məhsullarının qanunsuz ticarəti ilə bağlıdır”.

