
Bakı. Trend:
İtaliyanın Milan şəhərində Qış Olimpiya Oyunlarının açılış
mərasimi keçirilib.
Trend-in
məlumatına görə, mərasim Milandakı “San Siro” stadionunda baş
tutub.
Daha sonra 92 milli komandanın paradı keçirilib.
Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Dövlət
bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən
Vladimir Litvintsev daşıyıblar.
Qeyd edək ki, XXV Olimpiya Oyunları 22 fevrala qədər davam
edəcək. Yarışlarda 92 milli komandadan 2900-dən çox idmançının
iştirak edəcək.
xxx
23:43
İtaliyanın Milan şəhərində Qış Olimpiya Oyunlarının açılış
mərasimi keçirilir.
Trend-in
məlumatına görə, mərasim Milandakı “San Siro” stadionunda baş
tutur.
İtaliya prezidenti Sercio Mattarellanın və Beynəlxalq Olimpiya
Komitəsinin (BOK) prezidenti Kirsti Koventrinin açılış nitqi ilə
çıxış edəcəyi gözlənilir.
BOK tərəfindən təhsil, mədəniyyət və idman vasitəsilə sülhün
təşviqi sahəsindəki nailiyyətlərə görə təsis edilən Olimpiya
Dəfnəsi mükafatlandırma mərasimi də keçiriləcək.
Daha sonra 92 milli komandanın paradı keçiriləcək.

