
Bakı.Trend:
Bakı sakini hamamda dəm qazında boğulub.
Trend-in
məlumatına görə, hadisə ötən gün saat 12-16 radələrində baş
verib.
Belə ki, Anar Dadaşov Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar
küçəsində yerləşən mənzilin hamam otağında dəm qazından
zəhərlənərək ölüb.
Faktla bağlı Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda araşdırma
aparılır.

