|
№
|
Dəstəklənən istiqamətlər
|
Stimullaşdırıcı tədbirlər
|
Texnologiya və tədbirlər
|
Fiziki və hüquqi şəxslər
|
Tələblər
|
|
1.1.
|
Enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının
icrasının dəstəklənməsi
|
Pilot layihə
|
1.1.1.binaların enerji effektivliyinin artırılması:
1.1.1.1. istilik sistemlərinin təkmilləşdirilməsi, o cümlədən
termostatik radiator klapanlarının quraşdırılması, istilik
şəbəkələrində boruların izolyasiyası və yeni istilik mübadilə
qurğularının quraşdırılması, qazanların modernləşdirilməsi (və ya
dəyişdirilməsi);
1.1.1.2. binaların izolyasiyası, o cümlədən pəncərələr, qapılar,
dam, döşəmə, zirzəmi və divarların istilik izolyasiyası;
1.1.1.3. effektiv HVAC (isitmə, ventilyasiya, havanın
kondisiyalaşdırılması) sistemlərinin tətbiqi;
1.1.1.4. yüksək effektivli işıqlandırma sistemlərinin
quraşdırılması;
1.1.1.5. enerji effektivliyi yüksək olan avadanlıq və cihazların
tətbiqi;
1.1.1.6. istilik nasoslarının tətbiqi.
|
- balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış
binaları olan dövlət orqanları (qurumları);
- dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə
müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici
təşkilatları;
- Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarını təsdiq etmiş
bələdiyyələr.
|
- layihənin maliyyə
əsaslandırılması təqdim olunmalı;
- binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata
keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;
- binada enerji auditi keçirilməli və ya müvafiq sahədə
ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı (kömür, odun və
dizel ilə işləyən sobaların ekoloji cəhətdən daha təmiz
texnologiyalarla əvəzlənməsi tədbirində enerji auditi tələb
edilmir);
- layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət
(natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin
edilməli;
- layihələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü
il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar
üçün minimum enerji effektivliyi Normaları” nəzərə alınmaqla tərtib
edilməli;
- layihənin geri ödəmə müddəti maksimum 30 (otuz) il, natural
ifadədə 50%-dən yüksək enerji qənaətinə hədəflənmiş tədbirləri
nəzərdə tutan layihələrdə 35 (otuz beş) il;
- binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət
mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin
qeyri-yaşayış binaları istisna olmaqla).
|
|
1.1.2. binaların enerji effektivliyi üzrə
pasportlaşdırılması.
|
- layihənin təsviri olmalı;
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı.
|
|
Qrant
|
1.1.3. layihənin inkişafına dəstək (texniki və (və ya) maliyyə
əsaslandırmalarının, texniki layihələndirmə cizgilərinin
hazırlanması, enerji auditinin keçirilməsi).
|
- balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış
binaları olan dövlət orqanları (qurumları), mənzil mülkiyyətçiləri
müştərək cəmiyyətləri və çoxmənzilli binaların idarəedici
təşkilatları;
- qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər (o cümlədən, dövlət mülkiyyətində
olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış
binaları üzrə idarəedici təşkilatları);
- sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat
subyektləri.
|
Binalarda keçirilən layihələrə münasibətdə:
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;
- binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata
keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;
- binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət
mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin
qeyri-yaşayış binaları istisna olmaqla).
İstehsalat sahələrində keçirilən layihələrə münasibətdə:
- layihənin təsviri olmalı;
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı.
|
|
Subsidiya
|
1.1.4. istilik sistemlərinin təkmilləşdirilməsi, o cümlədən
termostatik radiator klapanlarının quraşdırılması, istilik
şəbəkələrində boruların izolyasiyası və yeni istilik mübadilə
qurğularının quraşdırılması, qazanların modernləşdirilməsi (və ya
dəyişdirilməsi);
1.1.5. binaların izolyasiyası, o cümlədən pəncərələr, qapılar,
dam, döşəmə, zirzəmi və divarların istilik izolyasiyası;
1.1.6. effektiv HVAC (isitmə, ventilyasiya, havanın
kondisiyalaşdırılması) sistemlərinin tətbiqi;
1.1.7. yüksək effektivli işıqlandırma sistemlərinin
quraşdırılması;
1.1.8. enerji effektivliyi yüksək olan avadanlıq və cihazların
istifadəsi.
1.1.9. istilik nasoslarının tətbiqi.
|
- balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış
binaları olan dövlət orqanları (qurumları), mənzil mülkiyyətçiləri
müştərək cəmiyyətləri və çoxmənzilli binaların idarəedici
təşkilatları;
- dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə
müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici
təşkilatları.
|
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;
- binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata
keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;
- binada enerji auditi keçirilməli və ya müvafiq sahədə
ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı (kömür, odun və
dizel ilə işləyən sobaların ekoloji cəhətdən daha təmiz
texnologiyalarla əvəzlənməsi tədbirindən ibarət layihələrdə enerji
auditi tələb edilmir);
- layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət
(natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin
edilməli;
- layihələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü
il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar
üçün minimum enerji effektivliyi Normaları” nəzərə alınmaqla tərtib
edilməli;
- layihənin geri ödəmə müddəti maksimum 30 (otuz) il, natural
ifadədə 50%-dən yüksək enerji qənaətinə hədəflənmiş tədbirləri
nəzərdə tutan layihələrdə 35 (otuz beş)il;
- binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət
mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin
qeyri-yaşayış binaları istisna olmaqla).
|
|
Güzəştli kredit
|
1.1.10. istilik sistemlərinin təkmilləşdirilməsi, o cümlədən
termostatik radiator klapanlarının quraşdırılması, istilik
şəbəkələrində boruların izolyasiyası və yeni istilik mübadilə
qurğularının quraşdırılması, qazanların modernləşdirilməsi (və ya
dəyişdirilməsi);
1.1.11. binaların izolyasiyası, o cümlədən pəncərələr, qapılar,
dam, döşəmə, zirzəmi və divarların istilik izolyasiyası;
1.1.12. effektiv HVAC (isitmə, ventilyasiya, havanın
kondisiyalaşdırılması) sistemlərinin tətbiqi;
1.1.13. yüksək effektivli işıqlandırma sistemlərinin
quraşdırılması;
1.1.14. enerji effektivliyi yüksək olan avadanlıq və cihazların
istifadəsi;
1.1.15. qazanların, sobaların və qurutma maşınlarının
təkmilləşdirilməsi (və ya dəyişdirilməsi);
1.1.16. tullantı istiliyinin enerji məqsədli təkrar
istifadəsi;
1.1.17. istilik paylama sistemlərinin təkmilləşdirilməsi;
1.1.18. istilik nasoslarının tətbiqi.
|
- fərdi yaşayış evlərinin mülkiyyətçiləri;
- mənzil-tikinti kooperativləri, mənzil mülkiyyətçiləri müştərək
cəmiyyətləri;
- qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər (o cümlədən, dövlət mülkiyyətində
olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış
binaları üzrə idarəedici təşkilatları);
- sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat
subyektləri.
|
Binalarda keçirilən layihələrə münasibətdə:
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;
- binada son 5 (beş) ildə enerji effektivliyi tədbirləri həyata
keçirilməməli və ən azı 5 (beş) il istismar müddəti olmalı;
- binada enerji auditi keçirilməli və ya müvafiq sahədə
ixtisaslaşmış müstəqil ekspert rəyi təqdim olunmalı;
- layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət
(natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin
edilməli;
- layihələr (fərdi yaşayış evləri istisna olmaqla) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287
nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji
effektivliyi Normaları” nəzərə alınmaqla tərtib edilməli;
- layihənin geri ödəmə müddəti maksimum 30 (otuz) il, natural
ifadədə 50%-dən yüksək enerji qənaətinə hədəflənmiş enerji
effektivliyi tədbirlərini nəzərdə tutan layihələrdə 35 (otuz beş)
il;
- binanın ən azı 60%-i faktiki istismarda olmalı (dövlət
mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin
qeyri-yaşayış binaları istisna olmaqla).
İstehsalat sahələrində keçirilən layihələrə münasibətdə:
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;
- layihədə istifadə olunacaq texnologiyaların və tədbirlərin
texniki əsaslandırılması təqdim olunmalı;
- enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış
müstəqil ekspert rəyi təqdim olunmalı;
- layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət
(natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin
edilməli;
- layihədə ən çoxu 15 (on beş) il geri ödəmə müddəti nəzərə
alınmalı;
- layihə çərçivəsində yeni avadanlığın alınması hallarında
(sənaye sektorunda) mövcud avadanlığın gücünün 100%-dən çox
artırılması nəzərdə tutulmamalı.
|
|
1.1.19. dəyişən tezlik tənzimləyicisinin (VSD – mühərrik
sürətinin idarə edilməsi üçün giriş tezliyinin və gərginliyinin
tənzimlənməsi, mühərrikin sürətinin istənilən səviyyədə
saxlanılması) tətbiqi;
1.1.20. güc əmsalının korreksiyası (elektrik yüklərinin
xüsusiyyətlərində dəyişiklik etməklə güc faktorlarının korreksiyası
və vahidə (1.00) yaxınlaşdırılması prosesi);
1.1.21. yüksək effektivli elektrik mühərrikləri, kompressorlar
və nasosların quraşdırılması.
|
- sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat
subyektləri.
|
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;
- enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış
müstəqil ekspert rəyi təqdim olunmalı;
- layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət
(natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin
edilməli.
|
|
1.2.
|
Enerji menecmenti sisteminin tətbiqi
|
Subsidiya
|
1.2.1. ISO50001 standartı əsasında enerji menecmenti sisteminin
yaradılması.
|
- məcburi enerji auditi subyektləri
|
- layihənin təsviri olmalı;
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;
- layihə çərçivəsində ISO50001 standartına uyğun enerji
menecmenti sistemi yaradılmalı və sertifikatlaşdırma təmin
edilməli.
|
|
Güzəştli kredit
|
1.2.2. ISO50001 standartı əsasında enerji menecmenti sisteminin
yaradılması.
|
- məcburi enerji auditi subyektləri
|
- layihənin təsviri olmalı, o cümlədən layihənin texniki və
maliyyə əsaslandırılması təqdim olunmalı;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17
avqust tarixli 310 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji
menecment sisteminə dair tələblər”ə uyğun olmalı.
|
|
1.3.
|
Ağıllı sayğacların və sistemlərin tətbiqi
|
Pilot layihə
|
1.3.1. ağıllı bina idarəetmə sistemləri
|
- balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış
binaları olan dövlət orqanları (qurumları);
· dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə
müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici
təşkilatları.
|
· layihənin təsviri olmalı, o cümlədən layihənin texniki və
maliyyə əsaslandırılması təqdim olunmalı;
- enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış
müstəqil ekspert rəyi təqdim olunmalı;
· binada enerji effektivliyi tədbirləri nəticəsində son enerji
istehlakında ən azı 20% qənaət təmin edilməli;
|
|
Güzəştli kredit
|
1.3.2. ağıllı sayğaclar;
1.3.3. ağıllı enerji idarəetmə sistemləri;
1.3.4. ağıllı bina idarəetmə sistemləri.
|
- qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər (o cümlədən, dövlət mülkiyyətində
olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış
binaları üzrə idarəedici təşkilatları);
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri və çoxmənzilli
binaların idarəedici təşkilatları;
· sənaye və kənd təsərrüfatı sektorları üzrə təsərrüfat
subyektləri;
· enerji təchizatçıları.
|
- layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə
əsaslandırılması təqdim olunmalı.
|
|
1.4.
|
Kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının
tətbiqi
|
Qrant
|
1.4.1. layihənin inkişafına dəstək (texniki və (və ya) maliyyə
əsaslandırmalarının, texniki layihələndirmə cizgilərinin
hazırlanması, enerji auditinin keçirilməsi)
|
· sənaye sektoru üzrə təsərrüfat subyektləri.
|
· layihənin təsviri olmalı;
· layihənin maliyyə əsaslandırılması təqdim olunmalı.
|
|
Güzəştli kredit
|
1.4.2. kogenerasiya, trigenerasiya tətbiqləri.
|
- layihənin maliyyə əsaslandırılması təqdim olunmalı;
- enerji auditi keçirilməli və ya müvafiq sahədə ixtisaslaşmış
müstəqil ekspert rəyi təqdim olunmalı;
- layihə nəticəsində son enerji istehlakında ən azı 20% qənaət
(natural ifadədə, baza enerji istehlakı ilə müqayisədə) təmin
edilməli;
- layihədə ən çoxu 15 (on beş) il geri ödəmə müddəti nəzərə
alınmalı;
|
|
1.5.
|
Bərpa olunan enerji mənbələrindən istifadə
|
Pilot layihə
|
1.5.1. aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji
mənbələrinin tətbiqi;
1.5.2. günəş kollektorlarının tətbiqi;
1.5.3. istilik nasoslarının tətbiqi;
1.5.4. off-grid rejimli bərpa olunan enerji mənbələrinin
tətbiqi.
|
· balansında dövlət mənzil fonduna aid çoxmənzilli yaşayış
binaları olan dövlət orqanları (qurumları);
· dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə
müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici
təşkilatları;
· Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarını təsdiq etmiş
bələdiyyələr.
|
· layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə
əsaslandırılması təqdim olunmalı;
- 1.1-1.4-cü – bəndlərdə tətbiqi nəzərdə tutulan enerji
effektivliyi tədbirləri üzrə son enerji istehlakında ən azı 20%
qənaət təmin edilməli;
|
|
Güzəştli kredit
|
· fərdi yaşayış evlərinin mülkiyyətçiləri;
· mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, mənzil-tikinti
kooperativləri;
· qeyri-yaşayış binaları üzrə kommersiya və xidmət fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslər;
· sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorları üzrə
təsərrüfat subyektləri.
|
· layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə
əsaslandırılması təqdim olunmalı.
|
|
1.6.
|
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində
nəzərdə tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi
|
Qrant
|
1.6.1. enerji effektivliyinin artırılması məqsədilə aparılan
araşdırmalar, tədqiqatlar və innovativ enerji effektivliyi
həllərinin ölkədə tətbiqinin uyğunlaşdırılması.
|
· ali təhsil müəssisələri, elmi-tədqiqat institutları;
· enerji və enerji səmərəliliyi ilə bağlı sahələrdə fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları və peşəkar assosiasiyalar.
· bələdiyyələr.
|
- layihənin təsviri olmalı, o cümlədən texniki və maliyyə
əsaslandırılması təqdim olunmalı.
|
|
1.6.2. yerli enerji effektivliyi ekosisteminin formalaşdırılması
məqsədilə təşkil olunan enerji effektivliyi bazarının maraqlı
tərəfləri üçün təcrübə mübadiləsi, bilik və bacarıqların
artırılması tədbirləri;
1.6.3. enerji səmərəliliyi üzrə kitab, təlim-tədris və
maarifləndirmə materiallarının hazırlanması;
1.6.4. dayanıqlı enerji və iqlim fəaliyyət planlarının
hazırlanması.