Çin təkrar istifadə oluna bilən kosmik aparatın buraxılışını uğurla yerinə yetirib

Baş səhifə

Bakı. Trend:

Çin təkrar istifadə oluna bilən eksperimental kosmik aparatın
buraxılışını uğurla həyata keçirib. Start “Çançjen-2F” (Long March
2F) daşıyıcı raketinin köməyi ilə Tsyütsyuan kosmodromunda həyata
keçirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, aparat müəyyən müddət ərzində kosmosda qalacaq,
daha sonra isə Çin Xalq Respublikasının ərazisində əvvəlcədən
planlaşdırılmış eniş yerinə qayıdacaq.

Qeyd olunur ki, uçuş zamanı təkrar istifadə texnologiyalarının
sınağı, həmçinin texniki eksperimentlər aparılacaq. Missiyanın əsas
bəyan edilmiş məqsədi “kosmosun dinc məqsədlərlə mənimsənilməsi
üçün texniki dəstəyin təmin edilməsi”dir. Proqramın təfərrüatları
açıqlanmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir