Bakı.Trend:
2021-2025-ci illər ərzində xarici ölkə vətəndaşları Azərbaycanda
ümumilikdə 6913 daşınmaz əmlak əldə edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə
Dövlət Komitəsindən bildirilib.
Bildirilir ki, 2021-2025-ci illər ərzində Azərbaycanda ən çox
daşınmaz əmlak alan xarici ölkə vətəndaşları Rusiya
Federasiyasından olub.
“2021-2025-ci illər ərzində Rusiya vətəndaşlarının Azərbaycanda
aldığı daşınmaz əmlak sayı 4638 olub. Siyahının ilk onluğunda
Rusiyadan sonra Gürcüstan (716), Türkiyə (312), Ukrayna (198), İran
(187), Qazaxıstan (160), Almaniya (105), ABŞ (72), Albaniya (63) və
İsrail (58) yer alır”, – məlumatda qeyd edilib.

Rəsmi məlumatlara görə, xarici vətəndaşların Azərbaycanda daşınmaz
əmlaka marağı son illər ərzində davamlı xarakter alıb.
Mütəxəssislər bu tendensiyanın ölkənin investisiya mühiti və
regional cəlbediciliyi ilə bağlı olduğunu bildirirlər.

