Orta Dəhlizin səmərəliliyinin artırılması Aİ ölkələrinə idxalın sürətləndirilməsi və daha etibarlı olmasına şərait yaradacaq – Avropa İttifaqı

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) üçün Orta Dəhlizin səmərəliliyinin
artırılması malların (o cümlədən zəruri əhəmiyyətli xammalın – CRM)
tədarükünü sürətləndirməyə və daha etibarlı etməyə, eyni zamanda
Avrasiya üzrə ixrac bazarları ilə əlaqəliliyi əlavə olaraq
yaxşılaşdırmağa imkan verə bilər.

Trend-in
məlumatına görə, bu barədə Aİ tərəfindən maliyyələşdirilən
meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

Bildirilir ki, son dövrlərdə əldə olunan irəliləyişlərə
baxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi əməliyyatlarla
bağlı məhdudiyyətlərlə üzləşir: fraqmentləşmiş logistika, çoxsaylı
sərhəd-keçid məntəqələri və məhdud rəqəmsallaşma.

“Beynəlxalq maliyyə institutlarının (IFI) araşdırmaları ardıcıl
şəkildə göstərir ki, harmonizasiya olunmuş tariflər, rəqəmsallaşma
və koordinasiyalı idarəetmə kimi “yumşaq” dar boğazlar “sərt”
infrastruktur boşluqları qədər zəruri əhəmiyyət daşıyır.

Aİ üçün dəhlizin səmərəliliyinin artırılması malların (o
cümlədən zəruri əhəmiyyətli xammalın – CRM) tədarükünü sürətləndirə
və daha etibarlı edə, həmçinin Avrasiya üzrə ixrac bazarları ilə
əlaqəliliyi əlavə olaraq gücləndirə bilər. Trans-Avropa Nəqliyyat
Şəbəkəsinin (TEN-T) genişləndirilməsi planlarında və digər regional
strategiyalarda müəyyən edilmiş prioritet layihələri dəstəkləməklə
Aİ dəhlizin tam potensialının gerçəkləşdirilməsinə, tədarük
zəncirlərinin dayanıqlığının möhkəmləndirilməsinə və qarşılıqlı
faydalı ticarətin təşviqinə töhfə verə bilər”




Vurğulanır ki, Aİ səviyyəsində nəqliyyat infrastrukturu üzrə
strateji prioritetlər Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T)
vasitəsilə, o cümlədən onun qonşu regionlara planlaşdırılan
genişləndirilmələri çərçivəsində müəyyən edilir. TEN-T-in bir sıra
genişləndirmə layihələri TCTC boyunca əlaqəliliyin
yaxşılaşdırılmasına töhfə verir ki, bu da dəhliz boyu əsas
investisiyalara strateji prioritet statusu qazandırır.

“TEN-T üzrə Şərq Tərəfdaşlığı üçün İnvestisiya Fəaliyyət Planı
(ilk dəfə 2018-ci ildə hazırlanmışdır) dəyişən geosiyasi reallıqlar
və milli prioritetlərin yerdəyişməsi nəzərə alınmaqla 2025-ci ildə
yenilənmişdir; bu zaman Ukrayna və Moldovaya xüsusi diqqət
yetirilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Orta Dəhliz TEN-T
genişləndirmələri siyahısında yer almasa da, Cənubi Qafqazda son
geosiyasi hadisələr nəzərə alınaraq, dəhliz dayanıqlığı artıran
şaxələrin Cənubi Qafqaz vasitəsilə yaradılmasından (Azərbaycan,
Ermənistan və Türkiyə arasında əlaqələrin bərpası) əməliyyat
baxımından fayda əldə edə bilər. Bu, ticarət marşrutlarının daha da
şaxələndirilməsinə töhfə verə və potensial olaraq yüklənmiş
sahələrin yükünü azalda bilər”, – deyə tədqiqatda bildirilir.

Məlumata görə, bu arada Avropa Yenidənqurma və İnkişaf Bankı
(AYİB) Orta Dəhliz boyunca ötürücülük qabiliyyətinin və
səmərəliliyin artırılması üçün Mərkəzi Asiyada “sərt”
infrastruktura yönəlmiş 33 prioritet investisiyanı müəyyən edib,
Dünya Bankı isə dəhlizin uzunmüddətli dayanıqlılığının təmin
edilməsi üçün 2030-cu ilədək aradan qaldırılmalı olan əsas dar
boğazları və investisiya ehtiyaclarını müəyyənləşdirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir