
Bakı. Trend:
Çinin şimalında, Şansi əyalətində fəaliyyət göstərən
biotexnoloji zavodda baş vermiş partlayış nəticəsində azı 5 nəfər
həyatını itirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Hadisə səhər saatlarında “Japeng” şirkətinin Şanyin rayonunda
yerləşən istehsal müəssələrindən birində baş verib. Yerli vaxtla
10:38-də xilasedicilər dağıntılar altında 5 işçinin cansız bədənini
çıxarıb.
Hazırda sahədə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hakimiyyət partlayışın səbəblərini araşdırmağa başlayıb.

