Fin körfəzində iki gəmi toqquşdu

Baş səhifə

Bakı. Trend:

Fin körfəzinin akvatoriyasında eyni istiqamətdə hərəkət edən iki
gəmi toqquşub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Leninqrad vilayəti
üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti
məlumat verib.

“Eyni istiqamətdə hərəkət zamanı “Glifada” və “Aeolian Fortune”
gəmiləri arasında yanlama toqquşma baş verib”, – məlumatda
bildirilib.




Vurğulanıb ki, toqquşma nəticəsində xəsarət alan yoxdur, ətraf
mühitin çirklənməsi qeydə alınmayıb. Hadisə digər gəmilərin
hərəkətinə təsir göstərmir.

Hər iki gəminin heyəti dəymiş ziyanın qiymətləndirilməsini
aparır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir