
Bakı.Trend:
Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə
qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48
yaşlı Rizvan Fərəcov saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram
117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb. Saxlanılan şəxs
ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini
deyib.
Faktla bağlı cinayət işləri başlanılıb. R.Fərəcov barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

