
Bakı. Trend:
Dövlətin qoruduğu mədəni sərvətlərin istifadə qaydalarının
pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda
cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Trend-in
məlumatına görə, Cinayət Məcəlləsində bununla bağlı dəyişikliklər
fevralın 1-dən qüvvəyə minib.
Belə ki, dövlət tərəfindən qorunan mədəni sərvətlərin
qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi
qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə
səbəb oldubda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.

