Fransada keçmiş nazirə “Epşteyn qalmaqalı” ilə əlaqədar cinayət işi açıldı

Baş səhifə

Bakı. Trend:

Fransada Milli Maliyyə Prokurorluğu “Epşteyn sənədləri” işi üzrə
keçmiş mədəniyyət naziri Jak Lanq və onun qızı Karolin Lanq
barəsində istintaqa başlayıb. Onlar amerikalı maliyyəçi Ceffri
Epşteynlə birlikdə çirkli pulların yuyulmasında şübhəli
bilinirlər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

İstintaq “Mediapart” agentliyinin dərc etdiyi materialdan sonra
başlanıb. Agentlik ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə
yayımladığı sənədlərə istinadla iddia edib ki, hər iki şübhəli
amerikalı maliyyəçi ilə birlikdə Vircin adalarında qeydiyyatdan
keçmiş “Prytanee LLC” şirkətinin sahiblərindən olub.




Həmçinin onların Mərakeşdə 5,4 milyon avro dəyərində daşınmaz
əmlakın satışı ilə bağlı sövdələşmədə iştirakı barədə məlumat
verilib.

Bundan başqa Epşteyn öz vəsiyyətində Karolin Lanqa 5 milyon
dollar verilməsini tapşırıb, lakin Lanqa məlumatı şərh edərkən
bundan xəbəri olmadığını bildirib.

Xatırladaq ki, Karolin Lanq bazar ertəsi mediada Lanq ailəsinin
Epşteynlə əlaqələri barədə məlumat yayıldıqdan sonra
Kinoprodüserlərin Həmkarlar İttifaqının rəhbəri və bir sıra digər
vəzifələrindən istefa verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir