Şəmkirdə 68 yaşlı qadın qəsdən öldürülübmüş –

Baş səhifə

Şəmkirdə baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə S.Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu Həmidli şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir