
Bakı. Trend:
Bakıda şagirdin güllələdiyi müəllim palataya köçürülüb.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya
şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir,
vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi
rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş
riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni
törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən
tutulub.

