
Bakı. Trend:
“Arsenal” klubu yanvar ayının ən yaxşı futbolçusunu
müəyyənləşdirib.
Trend xarici
KİV-əistinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən
səsvermənin qalibi komandanın isveçli hücumçusu Viktor Dyokereş
olub.
Səslərin 48 faizini toplayan skandinaviyalı forvard Qabriel
Jezus, Martin Zubimendi və Qabriel Martinellini geridə qoyaraq
birinci olub.
Qeyd edək ki, ötən ay “topçular”ın heyətində 8 oyuna çıxan
Dyokereş 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

