Misli Premyer Liqasının 19-cu turunun təyinatları açıqlandı

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının 19-cu turu üzrə oyunların hakim
təyinatları məlum olub.

Trend xəbər verir
ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat
yayıb.

Tur “Sabah” – “Araz-Naxçıvan” matçı ilə start götürəcək.
Sözügedən qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Turun son oyunu
olan “Neftçi” – “Qəbələ” görüşü isə Əliyar Ağayevə həvalə
olunub.

Misli Premyer Liqası
İkinci dövrə, 19-cu tur
8 fevral (bazar)
16:00 “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər:
Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev,
Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”

18:30 “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov,
Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu




9 fevral (bazar ertəsi)
14:30 “İmişli” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan
Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu

18:30 “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab
Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”

10 fevral (çərşənbə axşamı)
14:30 “Şamaxı” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal
Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu

19:00 “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim
Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir