Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Baş səhifə

Sumqayıtda dəm qazından zəhərlənmə olub.

Modern.az xəbər verir ki, hadisə şəhərinin 13-cü mikrorayonunda baş verib.

Bir ailənin dörd üzvü xəstəxanaya çatdırılıb.

Məlumata görə, hamam otağında yaranan qaz sızması səbəbindən 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənərək Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.

Hadisə zamanı ailənin iki azyaşlı övladı — 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də dəm qazından zərər çəkib. Uşaqlar Sumqayıt şəhər Uşaq Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (Teleqraf.az)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir