Azərbaycan cüdoçusu Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil
olunan “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.

Trend-in
məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy
Ağayev bu uğura imza atıb. 27 yaşlı idmançı yarımfinal mərhələsində
İsrail təmsilçisi İtshak Aşpizə qalib gələrək adını finala
yazdırıb.




Eyni çəkidə çıxış edən Ruslan Paşayev yarımfinalda məğlub olduğu
üçün üçüncü yer uğrunda görüşdə mübarizə aparacaq. Nazir Talıbov
isə 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Migel Qaqoyaya
uduzub.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 8-də başa
çatacaq. Azərbaycan bu yarışda ümumilikdə səkkiz cüdoçu ilə təmsil
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir