
Bakı. Trend:
Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Trend xəbər verir
ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq
aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə
olmaqla oğurlandığını bildirib.
Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən
olunaraq saxlanılıb.
Araşdırma aparılır.

